Trampın vəkilləri Senatda sübutların əsas hissəsini 27 yanvarda təqdim edəcəklər

Trampın vəkilləri Senatda sübutların əsas hissəsini 27 yanvarda təqdim edəcəklər ABŞ prezidenti Donald Trampın impiçmentinin bir hissəsi olaraq müdafiə nümayəndələri, dəlillərinin əsas hissəsini 27 yanvar, bazar ertəsi günü ABŞ Konqresinin Senatında təqdim edəcəklər.
Digər ölkələr
25 Yanvar , 2020 07:10
Trampın vəkilləri Senatda sübutların əsas hissəsini 27 yanvarda təqdim edəcəklər

ABŞ prezidenti Donald Trampın impiçmentinin bir hissəsi olaraq müdafiə nümayəndələri, dəlillərinin əsas hissəsini 27 yanvar, bazar ertəsi günü ABŞ Konqresinin Senatında təqdim edəcəklər.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə prezidentin vəkillər komandasındakı mənbə jurnalistlər üçün telefon brifinqində açıqlayıb.

Onun sözlərinə görə, müdafiə şənbə günü öz mövqeyini bildirməyə başlayacaqlar, ancaq cədvələ görə onların cəmi iki-üç saatı olacaq: 

“Məhkəmə ilə bağlı mövqeyimizin əsas hissəsi bazar ertəsi günü təqdim ediləcək. Qalan vaxta ehtiyac olarsa ondan da istifadə edəcəyik. Biz məhkəminin başlamasını səbirsizliklə gözləyirik, çünki uzun müddətdir prezidentin işi ilə bağlı mövqe bildirmək imkanımız olmayıb və sabahdan etibarən bu imkana sahib olacağıq”.

Son xəbərlər

Orphus sistemi