ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani Co Baydenin Ukrayna ilə əlaqələrini tək araşdırmayıb.
“Report” xəbər verir ki, bi barədə “Fox News” mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, vəkillər Co Di Cenova və onun həyat yoldaşı Viktoria Toensinq Culiani ilə birlikdə işləyiblər.
Onların işlərinin təfərrüatlarını yalnız Tramp bilir.
Bundan əvvəl Culiani və Toensinqin Kiyevə getdiyi vurğulanmışdı.