ABŞ Prezidentinin kürəkəni Körfəz ölkələrinə səfər edəcək

ABŞ Prezidentinin kürəkəni Körfəz ölkələrinə səfər edəcək Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ Prezidentinin baş müşaviri və kürəkəni Cared Kuşner Körfəz ölkələrinə “Əsrin müqaviləsi”ni müzakirə etmək üçün səfər edəcək.
Digər ölkələr
8 Fevral , 2019 20:42
ABŞ Prezidentinin kürəkəni Körfəz ölkələrinə səfər edəcək
Anadolu

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ Prezidentinin baş müşaviri və kürəkəni Cared Kuşner Körfəz ölkələrinə “Əsrin müqaviləsi”ni müzakirə etmək üçün səfər edəcək.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, danışıqlarda onunla birlikdə ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Ceyson Qrinblattın iştirakı planlaşdırılıb.

Bildirilib ki, ABŞ Prezidentinin təşəbbüsü ilə hazırlanan “Əsrin müqaviləsi”ndə Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi nəzərdə tutulub.

ABŞ nümayəndə heyəti fevralın sonunda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn və Qətərə səfər edəcək.

ABŞ hakimiyyətindəki anonim mənbə bildirib ki, Kuşner ərəb dövlətlərindəki hakimiyyətləri Donald Trampın planı çərçivəsində Fələstin iqtisadiyyatının inkişafını dəstəkləməyə dəvət etmək niyyətindədir. Bununla belə, tərəflər müqavilənin siyasi aspektlərini müzakirə etməyəcəklər.

Trampın kürəkəninin gələn həftə Polşanın paytaxtı Varşavada Yaxın Şərq üzrə beynəlxalq konfransda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü planlaşdırılıb.

İsrail KİV-i bildirib ki, Vaşinqton razılaşmanın detallarını apreldə İsraildə keçiriləcək parlament seçkilərindən sonra açıqlayacaq. 

Son xəbərlər

Orphus sistemi