Trampın Kim Çen Inla görüşü Monqolustanda baş tuta bilər

Trampın Kim Çen Inla görüşü Monqolustanda baş tuta bilər Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşü Monqolustanda baş tuta bilər.
Digər ölkələr
28 Aprel , 2018 04:28
Trampın Kim Çen Inla görüşü Monqolustanda baş tuta bilər

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşü Monqolustanda baş tuta bilər.

"Report" "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Seul və Moskvadakı diplomatik mənbələr bildirib.

Qeyd edilir ki, Ulan-Bator müvafiq sammitin keçiriləcəyi yer ola bilər.

"Pxenyan - hara ki, Kim Trampı dəvət edib, sonuncu daxili siyasət fikirlərinə görə getmək istəmir və Kim də Seula getməyəcək", - deyə Seulda yüksək vəzifəli diplomat qəzetə danışıb.

Bundan əlavə, bildirilir ki, Sinqapur da görüşün təşkilatçıları siyahısına düşüb.

Son xəbərlər

Orphus sistemi