Yuxarı

Tramp yenidən neonasistləri Şarlotsvildəki iğtişaşlara görə açıq şəkildə ittiham etməkdən imtina edib

Tramp yenidən neonasistləri Şarlotsvildəki iğtişaşlara görə açıq şəkildə ittiham etməkdən imtina edib
Amerika lideri vurğulayıb ki, sol qanadın tərəfdarları son dərəcə qəzəblə neonasistlərə hücüm ediblər

Bakı. 16 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Şarlotsvildəki iğtişaşları pisləyərək, baş verənlərdə təqsirin həm millətçilərin tərəfdarlarının, həm də onların əleyhdarlarında olduğunu bildirib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Amerika lideri vurğulayıb ki, sol qanadın tərəfdarları son dərəcə qəzəblə neonasistlərə hücüm ediblər.

"Onlar bir-birlərinə kötəklərlə hücum etdilər. Buna baxmaq dəhşətli idi", - deyə ABŞ prezidenti günahın millətçilərin və onların əleyhdarlarında olduğunu qeyd edib.

Daha əvvəl demokratlar və respublikaçılar Trampı Şarlotsvildəki zorakılığı 48 saat ərzində ittiham etməməkdə tənqid ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi