Tramp yeni raket müqaviləsi bağlamaq istədiyini bildirib

Tramp yeni raket müqaviləsi bağlamaq istədiyini bildirib Bakı. 1 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilənin əvəzində yeni raket sazişi imzalamaq istədiyini bildirib.
Digər ölkələr
1 Fevral , 2019 23:52
Tramp yeni raket müqaviləsi bağlamaq istədiyini bildirib

Bakı. 1 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilənin əvəzində yeni raket sazişi imzalamaq istədiyini bildirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, o bunu Ağ evdə jurnalistlərə deyib.

"Ümid edirəm biz hamını böyük və gözəl otağa yığıb daha yaxşı bir müqavilə bağlamağa müvəffəq olacağıq. Mən bunu görmək istərdim", - deyə Tramp bildirib.

Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə haqqında danışan Amerika lideri qeyd edib ki, Vaşinqton digər tərəf müqaviləni pozduğu halda, ona əməl etməyəcək.

Son xəbərlər

Orphus sistemi