Tramp: "Yaponiya ilə bir çox məsələlər üzrə irəliləyişə nail olunacaq"

Tramp: "Yaponiya ilə bir çox məsələlər üzrə irəliləyişə nail olunacaq" ABŞ prezidenti Donald Tramp Yaponiyaya dörd günlük səfərini müvəffəqiyyətli adlandırıb.
Digər ölkələr
29 May , 2019 05:55
Tramp: Yaponiya ilə bir çox məsələlər üzrə irəliləyişə nail olunacaq

ABŞ prezidenti Donald Tramp Yaponiyaya dörd günlük səfərini müvəffəqiyyətli adlandırıb.

"Report" bildirir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.

Dövlət rəhbəri səfərin gedişatında nail olunmuş irəliləyişdən danışıb. Amerika prezidenti həmçinin Yaponiyanın baş naziri Sindzo Abeni "çox gözəl insan" adlandırıb.

"Mən Yaponiyaya müvəffəqiyyətli səfərdən qayıtdım. Çox məsələlər üzrə əhəmiyyətli irəliləyişə nail olunacaq. Bu, çox gözəl baş naziri olan böyük ölkədir!" - deyə Tramp yazıb.

Son xəbərlər

Orphus sistemi