ABŞ prezidenti Donald Tramp və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin G20 sammitində görüşəcəklər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ağ Evə istinadən yayılan məlumatda bildirilir ki, görüş Osakada, cümə günü, yerli vaxtla saat 14:00-da baş tutacaq.
Daha əvvəl Tramp bildirib ki, G20 sammitində Rusiya Federasiyasının rəhbəri ilə "yaxşı danışıq"ların baş tutacağını gözləyir. Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, liderlər strateji sabitliyi, regional münaqişələri, o cümlədən Suriya, Əfqanıstan, Ukrtayna, Venesuela, həmçinin İran məsələsini müzakirə edəcəklər.