Tramp Ukraynaya hərbi yardımı təkrar gözdən keçirmək barədə göstəriş verib

Tramp Ukraynaya hərbi yardımı təkrar gözdən keçirmək barədə göstəriş verib ABŞ prezidenti Donald Tramp Ukraynaya ayrılan hərbi yardıma yenidən baxılması haqqında sərəncam imzalayıb.
Digər ölkələr
29 Avqust , 2019 08:19
Tramp Ukraynaya hərbi yardımı təkrar gözdən keçirmək barədə göstəriş verib

ABŞ prezidenti Donald Tramp Ukraynaya ayrılan hərbi yardıma yenidən baxılması haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti Ağ Evdəki yüksək vəzifəli mənbəyə istinadən bildirib.

Mənbə qəzetə bildirib ki, qərar ABŞ liderinin rəsmi Kiyevə ayrılan pulun ən yaxşı üsulla Vaşinqtonun maraqları nöqteyi-nəzərindən istifadə edilməsinə əmin olmaq cəhdindən irəli gəlib.

Qeyd edilir ki, vəsaitlər onların taleyi müəyyən edilməyincə dondurulacaq. Maliyyə yardımı məsələsini ABŞ-ın müdafiə naziri Mark Esper və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton həll etməlidir.

Bu maliyyə ilində Vaşinqton Ukraynaya silahlanma, təchizat, həmçinin şəxsi heyətin təlimi üçün 250 milyon dollar ayırıb. 

Son xəbərlər

Orphus sistemi