Yuxarı

Tramp: "Türkiyədən əla xəbərlər var, Ərdoğana təşəkkürlər"

​Tramp: "Türkiyədən gözəl xəbərlər var"

ABŞ prezidenti Donald Tramp Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, ABŞ prezienti Türkiyə rəhbərinə minnətdarlığını özünün "Twitter"dəki səhifəsində bildirib.

"Türkiyədən əla xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Ağ Ev rəhbəri yazıb.  

Qeyd edək ki, bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens görüşüb. Görüş saat yarıma qədər davam edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi