Yuxarı

Tramp Tillersonu ABŞ dövlət katibi vəzifəsindən azad edib

Tramp Tillersonu ABŞ dövlət katibi vəzifəsindən azad edib
Onu MKİ-nin direktoru Mayk Pompeo əvəz edəcək
© REUTERS — ABŞ-ın dövlət katibi Reks Tillerson

Bakı. 13 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Reks Tillersonu ABŞ dövlət katibi vəzifəsindən istefaya göndərib.

Bu barədə "Report" "Washington Post"a istinadən xəbər verir.

Qeyd olunur ki, onu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo əvəz edəcək.

D.Tramp "Twitter" səhifəsində işlədiyi müddətdə gördüyü işlərə görə R.Tillersona təşəkkür edib və yeni dövlət katibi M.Pompeonun bu vəzifədə uğurlu olacağına əminliyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi