Tramp: “Telefon danışıqlarıma 25 nəfər qulaq asır”

Tramp: “Telefon danışıqlarıma 25 nəfər qulaq asır” Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə telefon söhbətinə görə impiçment proseduru ilə üzləşmiş ABŞ prezidenti Donald Tramp bildirib ki, Ağ Evin digər əməkdaşlarının onun xarici liderlərlə söhbətinə qulaq asması təcrübəsinə son qoya bilər.
Digər ölkələr
14 Fevral , 2020 08:26
Tramp: “Telefon danışıqlarıma 25 nəfər qulaq asır”

Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə telefon söhbətinə görə impiçment proseduru ilə üzləşmiş ABŞ prezidenti Donald Tramp bildirib ki, Ağ Evin digər əməkdaşlarının onun xarici liderlərlə söhbətinə qulaq asması təcrübəsinə son qoya bilər.

“Report” xəbər verir ki, Birləşmiş Ştatların rəhbəri bu barədə “Iheart” radiostansiyasının müsahibəsində deyib.

Ağ Ev rəhbəri əlavə edib ki, ənənə əvvəlki administrasiyalardan miras qalıb.

"Bu, çox illər boyunca mövcuddur. Nə vaxt ki, xarici liderə zəng edirsən, insanlar sənə qulaq asırlar. Mən bu təcrübəyə son qoya bilərəm", - Tramp deyib.

Onun sözlərinə görə, prezident zənglərinin monitorinqində bəzən administrasiyada təcrübə keçənlərdən dövlət katibinə qədər 25-ə yaxın insan iştirak edir.

Son xəbərlər

Orphus sistemi