Tramp Si Szinpinin tezliklə ABŞ-a səfər edəcəyini bildirib

Tramp Si Szinpinin tezliklə ABŞ-a səfər edəcəyini bildirib ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Çin sədri Si Szinpini Ağ evdə qəbul edəcək.
Digər ölkələr
26 Aprel , 2019 03:46
Tramp Si Szinpinin tezliklə ABŞ-a səfər edəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Çin sədri Si Szinpini Ağ evdə qəbul edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, Amerika lideri bu bəyanatla Ağ evin Cənub çəmənliyində çıxış edib.

Tramp çıxışı zamanı Ağ evin 1799-cu ildə inşa edildiyini bildirib:

"Bu çoxdan olub. İndi sədr Si Çindən bura gəldiyi zaman, mən ona 1799-cu il barədə danışacağam və o, düşünəcək ki, bu, müasir evdir, onların mədəniyyəti çox qədimdir - 5 min ilə gedib çıxır".

O, daha sonra Ağ evin bir çox xarici liderlərin qəbulunu davam etdirdiyini xatırladıb:

"Tezliklə Si (Çin sədri) bizdə qonaq olacaq", - deyə Tramp bildirib.

Son xəbərlər

Orphus sistemi