Tramp Səudiyyə Ərəbistanını korrupsiyayla mübarizədə dəstəkləyib

Tramp Səudiyyə Ərəbistanını korrupsiyayla mübarizədə dəstəkləyib Ağ Ev rəhbəri bununla bağlı "Twitter"də yazıb
Digər ölkələr
7 Noyabr , 2017 04:33
Tramp Səudiyyə Ərəbistanını korrupsiyayla mübarizədə dəstəkləyib

Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı hakimiyyətinə ölkədə korrupsiyayla mübarizəyə görə dəstəyini ifadə edib.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı "Twitter"də yazıb.

"Mən tamamilə əminəm ki, kral Salman və Səudiyyə Ərəbistanının varis şahzadəsi nə etdiklərini dəqiq bilirlər. Onlar kimlərlə ki, sərt rəftar ediblər, həmin şəxslərdən bəziləri öz ölkələrini illərlə "sağırdılar" – deyə Tramp "Twitter"də yazıb.

Bazar günü Səudiyyə Ərəbistanının korrupsiyayla mübarizə üzrə Ali Komitəsi təxminən 40 nüfuzlu şəxsin saxlanılması barədə göstəriş verib. Onlar arasında kral ailəsinin üzvləri, sabiq nazirlər, hərbçilər və sahibkarlar da var.

Son xəbərlər

Orphus sistemi