Tramp ABŞ-Meksika sərhədində divar inşası üçün 8,6 milyard dollar istəyəcək

Tramp ABŞ-Meksika sərhədində divar inşası üçün 8,6 milyard dollar istəyəcək Bakı. 11 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın inşasının maliyyələşdirilməsi üçün ABŞ Konqresindən əlavə 8,6 milyard dollar xahiş etmək niyyətindədir.
Digər ölkələr
11 Mart , 2019 01:16
Tramp ABŞ-Meksika sərhədində divar inşası üçün 8,6 milyard dollar istəyəcək

Bakı. 11 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın inşasının maliyyələşdirilməsi üçün ABŞ Konqresindən əlavə 8,6 milyard dollar xahiş etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "Axios" ABŞ liderinin müşaviri Larri Kudlouya istinadən bildirib.

Güman edilir ki, bu məbləğ 2020-ci ilin büdcə qanunu layihəsinə daxil edilməlidir.

Daha əvvəl ABŞ Konqresinin Senatı cari maliyyə ili bitməzdən əvvəl federal hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini işinin növbəti dəfə dayanmasının qarşısını almaq üçün qəbul edib. Yeni büdcədə ABŞ prezidenti Donald Trampın əvvəllər 5,7 milyard dollar tələb etməsinə baxmayaraq, Amerikanın Meksika ilə sərhədində divar tikintisi üçün yalnız 1,37 milyard dollar ayrılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi