Tramp senatorları yay tətilinə gec çıxmağa səsləyib

Tramp senatorları yay tətilinə gec çıxmağa səsləyib Respublikaçılar 2010-cu ildən tətbiq olunmağa başlayan "Obamacare" səhiyyə sisteminin ləğvinə çalışırlar.
Digər ölkələr
19 İyul , 2017 22:19
Tramp senatorları yay tətilinə gec çıxmağa səsləyib

Bakı. 19 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp istəyir ki, ölkədə hazırkı tibbi yardım sistemi olan "Obamacare"-in taleyi həll olunmadan senatorlar tətilə çıxmasınlar. "Report" xəbər verir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Speyser məlumat verib.

Çərşənbə günü Ağ Evdə respublikaçı senatorlar ilə birlikdə qapalı rejimdə nahar təşkil olunur. Burada tibbi yardım məsələsi müzakirə olunur.

ABŞ prezidentinin mətbuat katibinin sözlərinə görə, prezident bildirib ki, səhiyyə məsələsi həll olunana qədər senat işləməlidir.

Xatırladaq ki, Tramp da daxil olmaqla bir çox respublikaçılar 2010-cu ildən tətbiq olunmağa başlayan "Obamacare" səhiyyə sisteminin ləğvinə çalışırlar. 

Son xəbərlər

Orphus sistemi