Tramp Rusiyanın ünvanına ittihamlar səsləndirib

Tramp Rusiyanın ünvanına ittihamlar səsləndirib “Reuters” bir müddət əvvəl Rusiyaya məxsus tankerlər beynəlxalq sanksiyalara rəğmən Şimali Koreyaya yanacaq çatdırdığını bildiririb
Digər ölkələr
18 Yanvar , 2018 00:42
Tramp Rusiyanın ünvanına ittihamlar səsləndirib

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya Şimali Koreyaya beynəlxalq sanksiyaları “keçirmək” üçün yardım edir.

“Report” xəbər verir ki, bu barədə "Qazeta.ru" "Reuters"ə istinadən xəbər verir.

“Rusiya bizə Şimali Koreya ilə bağlı heç kömək etmir. Bizə Çin kömək edir, lakin Rusiyanın etdikləri Çinin əməllərini heçə endirir”, - deyə Tramp bildirib.

Qeyd edək ki, “Reuters” bir müddət əvvəl Rusiyaya məxsus tankerlərin beynəlxalq sanksiyalara rəğmən Şimali Koreyaya yanacaq çatdırdığını bildirib.

Son xəbərlər

Orphus sistemi