Yuxarı

Tramp Rusiyanın G8-ə qayıtması təklifi ilə çıxış edib

​Tramp Rusiyanın G8-ə qayıtması təklifi ilə çıxış edib

ABŞ prezidenti Donald Tramp yenidən Rusiyanın G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agency France Presse" məlumat yayıb.

Bildirilir ki, ABŞ prezidenti Rusiyanın G8 formatına qayıdışını məqsədəuyğun hesab edir. "Mən düşünürəm, Rusiyanın G8-də olmasl daha məqsədəuyğun olardı", - deyə Ağ Evin başçısı Vaşinqtonda Rumıniya prezidenti Klaus Yohannislə görüşü zamanı jurnalistlərə bildirib.

Qeyd edək ki, bu, Ağ Ev rəhbərinin növbəti belə təklifidir. Ötən ilin 8 iyununda da ABŞ prezidenti Rusiyanın G7-nin toplantısında iştirak etməsini istəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi