Tramp Robert Haruorda milli təhlükəsizlik üzrə köməkçi vəzifəsini təklif edib

Tramp Robert Haruorda milli təhlükəsizlik üzrə köməkçi vəzifəsini təklif edib Vitse-admiralın həmin təklifi qəbul edib-etmədiyi məlum deyil
Digər ölkələr
15 Fevral , 2017 23:17
Tramp Robert Haruorda milli təhlükəsizlik üzrə köməkçi vəzifəsini təklif edib

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının sabiq komandiri, istefada olan vitse-admiral Robert Haruorda dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini tutmağı təklif edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" həmin vəzifəni tutmaq üçün namizəd seçilməsi prosesi barədə məlumatlı iki mənbəyə istinadən xəbər verib.

Agentliyin məlumatına görə, Haruordun həmin təklifi qəbul edib-etmədiyi hələlik məlum deyil.

Qeyd edək ki, Tramp əvvəlcə istefada olan general Maykl Flini prezidentin milli təhlükəsizlik üzrə köməkçisi təyin edib. Lakin o, bu günlərdə istefa verməyə məcbur olub. Bu səbəbdən həmin vəzifənin icrası müvəqqəti olaraq istefada olan daha bir generala - Kit Kelloqa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi