Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib Ağ Ev nə üçün müsəlmanların bayramı münasibətilə ziyafətin verilmədiyini açıqlamayıb
Digər ölkələr
25 İyun , 2017 23:54
Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

Bakı. 25 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

"Hill" qəzeti vurğulayıb ki, ABŞ-da bayram münasibətilə ziyafətlərin verilməsi ənənəsi keçmiş prezident Bill Klinton tərəfindən qoyulub. Sonra bu ənənəni kiçik Corc Buş və Barak Obama davam etdirib.

Ağ Ev nə üçün müsəlmanların bayramı münasibətilə ziyafətin verilmədiyini açıqlamayıb. 

Son xəbərlər

Orphus sistemi