Yuxarı

Tramp "quduz köpək" ləqəbli generalı müdafiə naziri təyin edəcəyini təsdiqləyib

Tramp "quduz köpək" ləqəbli generalı müdafiə naziri təyin edəcəyini təsdiqləyib
Biz quduz köpək Mettisi müdafiə naziri təyin edəcəyik. O ən yaxşıdır

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp general Ceyms Mettisi Pentaqonun yeni rəhbəri vəzifəsinə təyin edəcəyini təsdiqləyib.

"Report" xəbər verir ki, bunu o, Ohayo ştatının Sintsinnati şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

"Biz "quduz köpək" Mettisi müdafiə naziri təyin edəcəyik. O, ən yaxşıdır",— deyə AFP onun sözlərini sitat gətirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi