Yuxarı

ABŞ prezidenti Qrenlandiyada "Trump Tower"in şəklini paylaşıb

​Tramp Qrenlandiyada "Trump Tower"in şəklini paylaşıb

ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində zarafatla Qrenlandiyada "Trump Tower" göydələni tikməyəcəyinə söz verib və müvafiq fotokollaj paylaşıb.

“Report” xəbər verir ki, o, şəklin altından bu sözləri yazıb:

"Söz verirəm ki, bunu Qrenlandiyada etməyəcəyəm".

Daha əvvəl Tramp strateji baxımdan Qrenlandiyanın alınması mümkünlüyü ilə maraqlandığını təsdiq edib.

Öz növbəsində Danimarkanın baş naziri Mette Frederiksen ABŞ prezidentinin Qrenlandiyanın alınması ilə bağlı ideyasını "absurd" adlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi