Bakı. 21 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Ağ evdə keçirilən mərasimdə ölkəyə qanunsuz mühacirət zamanı miqrantları öz ailə üzvlərindən ayırmaq təcrübəsini dayandırmaq barədə fərman imzalayıb.
“Report” xəbər verir ki, mərasimdən imzalama kadrlarını yerli telekanallar yayıb.
"Bzim güclü, olduqca güclü sərhədlərimiz olacaq, lakin biz ailə üzvlərini bir yerdə saxlamağa hazırlaşırıq", - deyə "The Hill" nəşri Trampın sözlərini sitat gətirib.
O, ailələri bütöv görməyi xoşladığını bildirib.
Tramp əlavə edib ki, imzalanmış fərman sayəsində daha xoşbəxt ailələr ortaya çıxacaq.
ABŞ administrasiyası sənədin mətnini hələ yaymayıb.