Tramp özünün xeyriyyə təşkilatlarına iddia üzrə 2 milyon dollar ödəyəcək

Tramp özünün xeyriyyə təşkilatlarına iddia üzrə 2 milyon dollar ödəyəcək ABŞ prezidenti Donald Tramp Nyu-York ştatının dövlət başçısının xeyriyyə təşkilatlarına qarşı iddiasının təmin olunması üçün 2 milyon dollar ödəməlidir.
Digər ölkələr
8 Noyabr , 2019 01:11
Tramp özünün xeyriyyə təşkilatlarına iddia üzrə 2 milyon dollar ödəyəcək

ABŞ prezidenti Donald Tramp Nyu-York ştatının dövlət başçısının xeyriyyə təşkilatlarına qarşı iddiasının təmin olunması üçün 2 milyon dollar ödəməlidir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məhkəmənin qərarında bildirilir.

Nyu-York ştatı baş prokurorunun ofisi Trampın xeyriyyəçilik fondu tərəfindən yığılmış təşkilatdan 2,8 milyon dollar tələb edib. Qeyd edilir ki, həmin vəsait sonra 2016-cı ilin prezident seçkilərində onun seçkiqabağı qərargahına verilib. Bundan sonra vəsaitlər xeyriyyə məqsədləri üçün xərclənib. Ancaq məhkəmə hesab edir ki, xeyriyyəçilik məqsədi ilə yığılmış vəsaitlərin qərargaha ötürülməsi qanun pozuntusu olub.

"Bununla belə, vəsaitlərin nəticədə nəzərdə tutulan alıcılara çatmasını nəzərə alaraq mən cənab Trampı qəyyumluq (fondun) vəzifələrinin pozulması üçün zərərin ödənilməsi kimi faizsiz 2 milyon dollar ödəməyə məhkum edirəm", - deyə Nyu-York ştatının Ali Məhkəməsinin hakimi Salienn Skarpullanın imzaladığı qərarda bildirilir.

Tərəflər daha əvvəl prosesin keçirilməsi olmadan işin nizama salınması haqqında razılaşmaya gəliblər və kompensasiyaların ödənilməsini məhkəmənin ixtiyarına buraxıblar.

Son xəbərlər

Orphus sistemi