Tramp özünün impiçmenti üzrə səsverməni şərh edib

Tramp özünün impiçmenti üzrə səsverməni şərh edib ABŞ prezidenti Donald Tramp impiçment üzrə qətnamə ilə bağlı səsverməyə münasibət bildirib.
Digər ölkələr
18 İyul , 2019 05:50
Tramp özünün impiçmenti üzrə səsverməni şərh edib

ABŞ prezidenti Donald Tramp impiçment üzrə qətnamə ilə bağlı səsverməyə münasibət bildirib.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində Konqresin impiçment üzrə qətnaməsini xüsusi olaraq vurğulayıb.

"Birləşmiş Ştatların Nümayəndələr Palatası indi səslərin böyük əksəriyyəti ilə impiçment haqqında qətnaməyə qarşı səs verdi. Bu, çox güman ki, nə vaxtsa mənə lazım olan ən mənasız və zəhmətli layihə idi", - deyə Tramp yazıb.

Daha əvvəl bildirilirdi ki, ABŞ Nümayəndələr Palatası üzvlərinin əksəriyyəti prezident Donald Trampın impiçmenti haqqında qətnamənin müzakirəsi əleyhinə səs verib.

Həmçinin qeyd edilirdi ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezidentin impiçmentinin təcili müzakirəsinə qarşı çıxış edib.

Konqresin 332 üzvü qətnaməni təxirə salmağın lehinə səs verib, 95 üzv isə buna qarşı çıxıb.

Son xəbərlər

Orphus sistemi