Bakı. 16 yanvar. REPORT.AZ/ ABŞ-ın seçilmiş prezidenti Donald Tramp kürəkəni Cared Kuşneri Yaxın Şərqdə münaqişələrin sülh yolu ilə nizamlanması üzrə vasitəçi təyin edəcək.
"Report" xəbər verir ki, bunu o, "Times" nəşrinə müsahibəsində deyib.
Bundan əvvəl Kuşnerin ABŞ-ın yeni prezidentinin böyük müşaviri təyin olunacağı bildirilmişdi.