ABŞ prezidenti Donald Tramp keçmiş ölkə lideri Barak Obamanın xain hərəkət etdiyini söyləyib.
“Report” un məlumatına görə, bu barədə “Washington Examiner” yazıb.
Tramp, Obama tərəfdarlarının 2016-cı il prezident seçkilərində casusluq etdiyini iddia edib.
“Onların etdikləri xəyanət idi. Bu satqınlıqdır...” - Tramp vurğulayıb.
Dövlət başçısı Obamanın və işçilərinin bu hərəkətindən kədərləndiyini vurğulayıb.