Tramp Netanyahunun əlini sıxmağı unudub - VİDEO

Tramp Netanyahunun əlini sıxmağı unudub - VİDEO Netanyahu bir neçə saniyə əli havada qalıb
Digər ölkələr
22 May , 2017 22:23
Tramp Netanyahunun əlini sıxmağı unudub - VİDEO

Bakı. 22 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İsrailə rəsmi səfəri zamanı bu ölkənin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

"Report" xəbər verir ki, lakin rəsmi mərasim xoşagəlməz hadisə ilə yadda qalıb: Amerika lideri protokol foto üçün baş nazirin əlini sıxmağı unudub.

Netanyahu əlini uzadaraq bir neçə saniyə gözləməli olub, lakin Tramp üz çevirərək kameralar qarşısından uzaqlaşıb. Daha sonra geri qayıdan ABŞ prezidenti baş nazirin əlini möhkəm sıxıb.

Son xəbərlər

Orphus sistemi