Yuxarı

Tramp neftin qiymətinin salınmasında öz töhfəsini qiymətləndirib - FOTO

Tramp neftin qiymətinin salınmasında öz töhfəsini qiymətləndirib - FOTO

Bakı. 25 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp neftin qiymətinin salınması barədə məlumatı qiymətləndirib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Nə yaxşı ki, neftin qiyməti aşağı düşür (prezident T. –a sağ ol deyin)", - deyə o yazıb.

Ağ Ev rəhbəri həmçinin ölkədəki vergi islahatlarına və inflyasiyanın faizinin aşağı düşməsinə diqqət etməyə çağırıb.

Qeyd edək ki, Donald Tramp vergi islahatı haqqında qanun layihəsini ötən ilin 22 dekabrında təsdiqləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi