Tramp miqrasiya fərmanının icrasını dayandıran məhkəmə qərarına etiraz edəcək

Tramp miqrasiya fərmanının icrasını dayandıran məhkəmə qərarına etiraz edəcək “Bu hakim adlandırılan şəxsin qərarı gülməlidir və ona etiraz olunacaq”
Digər ölkələr
4 Fevral , 2017 19:27
Tramp miqrasiya fərmanının icrasını dayandıran məhkəmə qərarına etiraz edəcək

Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsi vətəndaşlarının ölkəyə girişinə qadağanın qoyulmasına dair fərmanın icrasını federal səviyyədə dayandıran hakim Ceyms Robartın qərarına etiraz edəcəyini bildirib.

“Report” xəbər verir ki, bu barədə o öz “Twitter” mikrobloqunda yazıb.

“Bu hakim adlandırılan şəxsin mahiyyət etibarı ilə ölkəmizdə qanunun icrasını təmin etməyən qərarı gülməlidir və ona etiraz olunacaq”, - deyə o yazıb.

Son xəbərlər

Orphus sistemi