Yuxarı

Tramp ABŞ-ın müdafiə naziri postuna Mettisin namizədliyini irəli sürüb

Tramp ABŞ-ın müdafiə naziri postuna Mettisin namizədliyini irəli sürüb
Biz onun rəhbərliyi altında terrorçuları məhv edəcək və Amerikanın təhlükəsizliyini yenidən təmin ədəcəyik

Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın seçilmiş prezidenti Donald Tramp çərşənbə axşamı istefada olan general Ceyms Mettisin Pentaqon şefi postuna namizədliyini rəsmən irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə siyasətçinin keçid komandası tərəfindən yayılan yazılı bəyanatında bildirilir.

"Mən fəxrlə general Ceyms Mettisin namizədliyini müdafiə naziri postuna irəli sürürəm. Biz onun rəhbərliyi altında öz Silahlı Qüvvələrimizi və alyansımızı bərpa edəcək, terrorçuları məhv edəcək, düşmənlə üz-üzə gələcək və Amerikanın təhlükəsizliyini yenidən təmin edəcəyik", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi