Yuxarı

Tramp meksikalıları ən cinayətkar millətlərdən biri adlandırıb

Tramp meksikalıları ən cinayətkar millətlərdən biri adlandırıb
Meksika ilə aramızda divar olmalıdır

Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp meksikalıları dünyanın ən cinayətkar millətlərindən biri adlandırıb və qeyd edib ki, buna görə də ABŞ və Meksika arasında divar olmalıdır.

"Report" xəbər verir ki, bunu o, "Twitter-də yazıb.

"Bizimlə milləti kriminal səviyyəsinə görə dünyada ən yüksəkdə olan Meksika arasında divar olmalıdır", - deyə Tramp qeyd edib.

ABŞ prezidenti əmin olduğunu bildirib ki, Meksika divarın tikintisinə bu və ya digər şəkildə vəsait sərf edəcək.

ABŞ-ın Nümayəndələr Palatası yayın əvvəlində Meksika ilə sərhəddə divar tikintisinə vəsait ayrılması barədə qanun qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi