Yuxarı

Tramp martın 19-da Braziliya prezidenti ilə görüşəcək

​Tramp martın 19-da Braziliya prezidenti ilə görüşəcək

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp martın 19-da braziliyalı həmkarı Jair Bolsonaru ilə görüşəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Qeyd edilir ki, Tramp və Bolsonaru "daha çox çiçəklənən, təhlükəsiz və demokratik Qərb yarımkürəsini qurmaq" məsələsini müzakirə edəcəklər.

"İki ən böyük iqtisadi yarımkürənin liderləri həmçinin müdafiə sahəsində əməkdaşlıq imkanlarını, ticarət siyasətinin iqtisadi artımını, millətlərarası cinayətkarlıqla mübarizəni və Venesuelada demokratiyanın bərpası imkanlarını müzakirə edəcəklər", - deyə Sandersin bəyanatında bildirilir.

Ağ Evdə həmçinin bildiriblər ki, iki ölkənin liderləri ABŞ və Braziliyanın Venesuelaya humanitar yardımın göstərilməsini də müzakirə edəcəklər. 

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının başçısı Kim Çen Inla onun əvvəlki kimi yaxşı münasibətləri var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi