Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib

Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela liderini dəstəkləyən hərbçilər ölkənin parlament rəhbəri Xuan Quaidonun əfv təklifini qəbul etməyəcəkləri təqdirdə, hər şeylərini itirəcəklər.
Digər ölkələr
19 Fevral , 2019 08:39
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela liderini dəstəkləyən hərbçilər ölkənin parlament rəhbəri Xuan Quaidonun əfv təklifini qəbul etməyəcəkləri təqdirdə, "hər şeylərini itirəcəklər".

“Report” xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

"Siz hər şeyinizi itirəcəksiniz", — deyə prezident bildirib.

Tramp qeyd edib ki, Maduroya sədaqət nümayiş etdirən kəslər "heç bir təhlükəsiz sığınacaq, asan çıxış, ümumiyyətlə heç bir çıxış" tapa bilməyəcəklər.

Tramp bundan əvvəl Venesuelada sosializmin can verdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi