Yuxarı

Tramp maaşının bir hissəsini koronavirusa qarşı dərmanın hazırlanmasına bağışladı

​Tramp maaşının üç mislini koronavirusa qarşı dərmanların hazırlamasın

Donald Tramp

ABŞ Prezidenti Donald Tramp maaşının üç mislini ölkənin Səhiyyə və Sosial Xidmətlər Nazirliyinə bağışlayıb.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, ABŞ lideri koronavirusa qarşı dərmanların hazırlanmasına 100 min ABŞ dolları - özünün ilin birinci kvartalı üçün bütün maaşını bağışlayıb.

Qeyd edək ki, Tramp prezident seçkilərində qalib gələndən sonra öz maaşından imtina etdiyini və həmin pulları xeyriyyəçilik üçün bağışlamaq istədiyini söyləyib. Dövlət başçısının maaşı 400 min ABŞ dolları təşkil edir. Bundan əlavə, Ağ Ev rəhbəri şəxsi xərcləri üçün ildə əlavə olaraq 50 min ABŞ dollarını sərf etmək hüququna malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi