Tramp maaşının bir hissəsini Daxili Təhlükəsizlik Nazirliyinə verib - FOTO

Tramp maaşının bir hissəsini Daxili Təhlükəsizlik Nazirliyinə verib - FOTO ABŞ prezidenti Donald Tramp dövlət başçısı postunda işə görə aldığı maaşın bir hissəsini - 100 min dolları ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin hesabına köçürüb.
Digər ölkələr
19 Mart , 2019 03:54
Tramp maaşının bir hissəsini Daxili Təhlükəsizlik Nazirliyinə verib - FOTO

ABŞ prezidenti Donald Tramp dövlət başçısı postunda işə görə aldığı maaşın bir hissəsini - 100 min dolları ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin hesabına köçürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Hərçənd mətbuat bu haqda yazmağı sevmir və onların yazmağı mənə lazım deyil - il ərzində prezidentin illik maaşının 400 min dollar ölçüsündə müxtəlif idarələrə verirəm. Bunu mən Daxili Təhlükəsizlik Nazirliyinə verirəm", - deyə o, 100 min dollar məbləğində qəbzin şəkilini sosial şəbəkədə paylaşıb.

Tramp seçkilərdə qalib gəldikdən sonra ildə 400 min dollar təşkil edən prezidentlik maaşından imtina edib. Ancaq qanuna görə bu pulun ödənilməsi lazımdır. Prezident elan edib ki, onu müxtəlif xeyriyyə məqsədlərinə xərcləmək niyyətindədir.

Daha əvvəl Donald Tramp Avropa mallarına qarşı rüsum tətbiq edəcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi