ABŞ prezidenti Donald Tramp bildirib ki, Londona yeni mer lazımdır. Çünki hazırkı mer Sadik Xan şəhərdə qayda-qanuna nəzarət edə bilmir.
"Report" xəbər verir ki, o bunu öz "Twitter" mikrobloqunda yazıb.
Daha əvvəl bloqer Keti Hopkins Londonda azı 24 saat ərzində törədilən hücum nəticəsində 3 nəfərin öldüyünü, daha 3-nün isə yaralandığını yazıb. Amerika lideri də bu yazını öz "Twitter" səhifəsində paylaşıb cə altından yazıb:
"Londona mümkün qədər daha tez yeni mer lazımdır…Xan əsl fəlakətdir və daha da pis olacaq!".
Sadik Xan Donald Trampı tənqid edən insanlar siyahısına daxildir.