Yuxarı

Tramp KXDR vətəndaşlarının ölkədən qaçmasından danışıb

Tramp KXDR vətəndaşlarının ölkədən qaçmasından danışıb

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Şimali Koreyadan daha çox vətəndaşlar qaçır.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bu gün bizə xüsusi insan qrupu var. Onlar Şimali Koreya fərariləridir. Onlar son illər ərzində çox idilər, və deyəsən, daha da çoxalırlar. Ora həyat üçün sərt yerdir və bu, insanların xoşuna gəlmir. Böyük təhlükə, böyük risklər var", - deyə o, mühacirlərlə görüşündə deyib.

Miqrantlardan biri bildirib ki, o, Şimali Koreya universitetlərindən birinin professoru olub. Həmin şəxs KXDR-i 2009-cu ildə tərk edib. Onun ailəsini siyasi məhbuslar həbsxanasına salmaq istəyiblər. Professorun sözlərinə görə, KXDR-də onların beyinlərini "yuyublar". Və o, Cənubi Koreyaya gələndə özü üçün belə həyatı təsəvvür edə bilməyib.

Qeyd edək ki, Tramp Koreya Xalq Demokratik Respublikasından olan bir neçə mühaciri Ağ Evin Oval kabinetində qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi