Tramp KXDR və Cənubi Koreya arasında razılaşmaya heyran olub

Tramp KXDR və Cənubi Koreya arasında razılaşmaya heyran olub Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının və Cənubi Koreyanın başçılarının birgə sammitinin nəticəsinə görə bəyanatlarından fövqəladə dərəcədə ruhlanıb.
Digər ölkələr
19 Sentyabr , 2018 08:41
Tramp KXDR və Cənubi Koreya arasında razılaşmaya heyran olub

Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının və Cənubi Koreyanın başçılarının birgə sammitinin nəticəsinə görə bəyanatlarından fövqəladə dərəcədə ruhlanıb.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"ində yazıb.

Trampın sözlərinə görə, Kim Çen In Koreya Xalq Demokratik Respublikası nüvə obyektində yoxlamaları qəbul etməyə hazır olduğunu elan edib. Həmçinin sınaq poliqonunu beynəlxalq ekspertlərin iştirakı ilə sökmək niyyətində olduğunu bildirib.

Həmçinin, Trampın məlumatına görə, Koreya Xalq Demokratik Respublikası nüvə və raket sınaqlarından imtina etməyi öhdəsinə götürüb.

Ağ Ev rəhbəri eləcə də Şimali və Cənubi Koreyanın 2032-ci ildə Olimpiya oyunlarının keçirilməsinə hazır olmaları barədə birgə təkliflərini alqışlayıb.

"Çox həyəcanlandırıcıdır", - deyə Tramp "Twitter"də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi