KİV: Tramp KXDR üzrə nümayəndəni ABŞ-ın Rusiyada yeni səfiri təyin edə bilər

KİV: Tramp KXDR üzrə nümayəndəni ABŞ-ın Rusiyada yeni səfiri təyin edə bilər Birləşmiş Ştatların prezidenti Donald Tramp Amerikanın Koreya Xalq Demokratik Respublikası (KXDR) üzrə xüsusi nümayəndəsi Stiven Biqenanı ABŞ-ın Rusiyada yeni səfir təyin etmək imkanını nəzərdən keçirir.
Digər ölkələr
13 Avqust , 2019 08:37
KİV: Tramp KXDR üzrə nümayəndəni ABŞ-ın Rusiyada yeni səfiri təyin edə bilər

Birləşmiş Ştatların prezidenti Donald Tramp Amerikanın Koreya Xalq Demokratik Respublikası (KXDR) üzrə xüsusi nümayəndəsi Stiven Biqenanı ABŞ-ın Rusiyada yeni səfir təyin etmək imkanını nəzərdən keçirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" bildirib.

Agentliyi məlumatlandıran mənbənin sözlərinə görə, Ağ Ev başçısı bu vəzifəyə Biqenanı mümkün namizəd hesab edir. Daha əvvəl "Vox" informasiya portalı da belə bir iddia ilə çıxış edib ki, Tramp məhz Biqenanı Moskvada səfir təyin edəcək. O, rus dilini bilir, daha əvvəl "Ford Motor" şirkətində işləyib və başqa dövlətlərin hakimiyyətləri ilə əlaqələr üzrə cavabdehlik daşıyıb.

Ağ Ev və Dövlət Departamenti bununla bağlı informasiyanı dəqiqləşdirmək xahişi ilə TASS-ın sorğusuna cavab verməyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyada raket sınağı zamanı baş vermiş partlayışı şərh edib.

Son xəbərlər

Orphus sistemi