Tramp: “Koronavirus özü yox olacaq”

Tramp: “Koronavirus özü yox olacaq” ABŞ prezidenti Donald Tramp koronavirusun sonda öz-özünə yox olacağına inandığını bildirib.
Digər ölkələr
9 May , 2020 04:26
Tramp: “Koronavirus özü yox olacaq”

ABŞ prezidenti Donald Tramp koronavirusun sonda öz-özünə yox olacağına inandığını bildirib.

“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə məlumat verib.

“Mən yalnız həkimlərin dediklərinə güvənirəm. Deyirlər ki, özü yox olacaq. Bu o demək deyil ki, bu il payızda və ya payızdan sonra yox olacaq. Bəzi məqamlarda bəlkə də özü yox olacaq. Lakin, peyvəndimiz olsaydı daha faydalı olar”.

Son xəbərlər

Orphus sistemi