ABŞ prezidenti Donald Tramp növbəti dəfə bildirib ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsi əməliyyatında fərqlənmiş xidməti iti Ağ Evə dəvət edəcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Missisipidə çıxış edən dövlət başçısı özünü "Konan" ləqəbli itlə müqayisə edib.
Trampın sözlərinə görə, KİV ondan çox itlə maraqlanır.
"Konan" barədə (xəbərlər) məndən çox paylaşılır və mən buna şadam. "Konan" inanılmaz dərəcədə çalışdı. "Konan" bir neçə həftə sonra Ağ Evə gələcək", - deyə Tramp bildirib.
Pentaqon bildirib ki, it əl-Bağdadinin məhv edilməsi üzrə əməliyyat vaxtı Suriyada yaralanıb. Hərbçilər onun sağaldığını əmin edirlər.
Daha əvvəl ABŞ prezidenti özünün
ABŞ lideri kollajı "Twitter"də "Amerika qəhrəmanı!" mətni ilə paylaşıb.