Yuxarı

Tramp Kim Çen Inla görüşün yeri və formatı barədə danışıb

Tramp Kim Çen Inla görüşün yeri və formatı barədə danışıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Şimali Koreya lideri Kim Çen Inla yeni görüşü Sinqapurda deyil, başqa yerdə baş tuta bilər.

“Report” xəbər verir ki, bu barədə o Cənubi Koreya lideri Mun Çje İnlə görüş öncəsi danışıb.

"ABŞ və Şimali Koreya arasında görüş, çox güman ki, başqa yerdə keçiriləcək, lakin bu, bənzər format olacaq", - deyə Amerika lideri bildirib.

Trampın sözlərinə görə, o, KXDR lideri ilə "kifayət qədər" tez görüşə bilər.

O, görüş barədə yaxın gələcəkdə məlumat veriləcəyini əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi