Tramp Kim Çen Inla görüşün böyük uğur olacağını deyib

Tramp Kim Çen Inla görüşün böyük uğur olacağını deyib Bakı. 11 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp əmindir ki, onun KXR lideri Kim Çen Inla qarşıdan gələn görüşü çox uğurlu olacaq.
Digər ölkələr
11 May , 2018 01:47
Tramp Kim Çen Inla görüşün böyük uğur olacağını deyib

Bakı. 11 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp əmindir ki, onun KXR lideri Kim Çen Inla qarşıdan gələn görüşü çox uğurlu olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Mən belə düşünürəm. Düşünürəm ki, bu, böyük uğur olacaq", - deyə o qeyd edib.

Amerika lideri daha əvvəl bildirib ki, o, Kim Çen Inla iyunun 12-də Sinqapurda görüşəcək. Trampın sözlərinə görə, o və KXDR lideri bu görüşün bütün dünyada sülh üçün xüsusi an olmasına çalışırlar.

Son xəbərlər

Orphus sistemi