Bakı. 12 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı səhər Sinqapurda qaldığı "Shangri-La" otelini tərk edib və Şimali Koreya lideri Kim Çen Inla görüşün keçiriləcəyi Sentosa adasına yollanıb.
“Report” xəbər verir ki, KXDR-ABŞ sammiti Sentosa adasında yerləşən "Capella" mehmanxanasında keçiriləcək.
Əvvəlcədən açıqlanan qrafikə görə, iki ölkə lideri arasında tarixi zirvə görüşü 45 dəqiqə davam edəcək. Sonra tərəflər arasında geniş tərkibdə görüş keçiriləcək.