Yuxarı

Tramp Hindistan və Pakistanın liderlərinə öz vasitəçiliyini təklif edib

​Tramp Kəşmir münaqişəsinin həllində vasitəçiliyini təklif edib

ABŞ prezidenti Donald Tramp bildirib ki, BMT Baş Assambleyasında Hindistan Pakistan liderlərinə Kəşmir məsələsi ətrafında gərginliyin nizama salınmasında vasitəçiliyini təklif edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Tramp qeyd edib ki, Nyu-Yorkda Pakistan və Hindistan liderləri ilə ikitərəfli danışıqlar keçirib.

"Biz Kəşmiri müzakirə etdik. Mən öz vasitəçiliyimi təklif etdim. Bu, iki nüvə dövlətidir, onlar həmin məsələni həll etməlidir", - deyə Aö Ev rəhbəri mətbuat konfransında bildirib.

ABŞ lideri vəziyyətin yaxşılaşacağına ümidini ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi