Tramp Kennedinin ölümü ilə bağlı bütün sənədləri dərc edəcəyini vəd verib

Tramp Kennedinin ölümü ilə bağlı bütün sənədləri dərc edəcəyini vəd verib O, bununla sui-qəsd nəzəriyyəsinə son qoymaq niyyətindədir
Digər ölkələr
28 Oktyabr , 2017 05:48
Tramp Kennedinin ölümü ilə bağlı bütün sənədləri dərc edəcəyini vəd verib

Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp sui-qəsd nəzəriyyəsinə son qoymaq üçün Birləşmiş Ştatların 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı bütün sənədləri dərc etmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq məlumaat Trampın "Twitter" səhifəsində yerləşdirilib. 

"Ağ Evin aparat rəhbəri, general Con Kelli, MKİ və başqa idarələrin rəhbərləri ilə ciddi müzakirədən sonra mən indiyə qədər sağ olanlar və yada salınmış ünvanlardan başqa, Con Kennedi ilə bağlı bütün sənədləri dərc edəcəyəm", - deyə Trampın bəyanatında deyilir. 

O, qeyd edib ki, bunu böyük aşkarlıq, həmçinin sui-qəsdin bütün nəzəriyyələrinə son qoymaq məqsədi ilə edir. 

Oktyabrın 27-də Tramp 1963-cü ilin 22 noyabrında Texas ştatının Dallas şəhərində qətlə yetirilmiş Con Kennedinin qətlinə aid, daha əvvəl məxfiləşdirilmiş təxminən 2,8 min sənədi Milli Arxivin saytında dərc etmək barədə göstəriş verib 

Son xəbərlər

Orphus sistemi