Tramp iyunun 9-da G7 sammitindən birbaş Sinqapura yollanacaq

Tramp iyunun 9-da G7 sammitindən birbaş Sinqapura yollanacaq ABŞ prezidenti sammiti qadınların hüquqlarına dair sessiyadan dərhal sonra tərk edəcək
Digər ölkələr
8 İyun , 2018 06:58
Tramp iyunun 9-da G7 sammitindən birbaş Sinqapura yollanacaq

Bakı. 8 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitini şənbə günü səhər tərk edəcək və dərhal da Sinqapura yollanacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə günü Ağ evin mətbuat katibi Sara Sanders deyib.

"Prezident Tramp Şarlevuada keçirilən G7 sammitini yerli vaxtla səhər saat 10:30-da (Bakı vaxtı ilə 18:30-da ), qadınların hüquq və imkanlarının genişləndirilməsinə həsr olunmuş sessiyadan sonra tərk edəcək. Prezident oradan çərşənbə axşamı Şimali Koreya lideri Kim Çen In ilə görüşmək üçün birbaş Sinqapura yola düşəcək", - deyə o əlavə edib.

Sandersin sözlərinə görə, Vaşinqtonu G7-nin qalan görüşlərində Ağ evin İqtisadi Şurasının direktor müavini Everett Eyzenstet təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi