Yuxarı

Tramp impiçment üzrə dinləmələri "millət üçün biabırçılıq" adlandırıb

​Tramp impiçment üzrə dinləmələri "millət üçün biabırçılıq" adlandırıb

ABŞ-ın Konqresində impiçment məsələsinin araşdırılması üzrə dinləmələrdə qurulmuş qaydalar bütün ölkə üçün biabırçılıqdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərin suallarına cavabında ABŞ prezidenti Donald Tramp bildirib.

"Mən bir az dinləmələrə baxdım, dünən baxmamışdım, çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparırdım. Bu, biabırçılıqdır", - deyə ABŞ prezidenti bildirib.

"Bizim böyük respublika nümayəndəliyimiz var, insanlar insanı seçiblər. Amma dinləmələrdə respublikaçılara suallar, bəyanat verməyə, şahidlik etməyə icazə vermirdilər. Bu, bizim millətimiz üçün biabırçılıqdır", - Ağ Ev rəhbəri əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi