Yuxarı

Tramp impiçment proseduru qətnaməsinə sərt reaksiya verib

​Tramp impiçment proseduru qətnaməsinin qəbulunu şərh edib

ABŞ prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının impiçment prosedurunun rəsmi başlanması haqqında qətnaməsinin qəbulunu şərh edib.

"Report" xəbər verir ki, dövlət başçısı buna sosial şəbəkədə sərt reaksiya verib.

"Bütün Amerika tarixində ən böyük cadugər ovu!", - deyə Tramp özünün "Twitter"dəki səhifəsində yazıb.

Konqresdəki səsvermədən sonra Ağ Evdə bildirilib ki, prezident pis heç nə etməyib. Nümayəndələr Palatasındakı demokratların əksəriyyəti bu barədə bilir. 

Daha əvvəl ABŞ prezidenti Konqresdə impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb: "Mən hər gün daha çox bildikcə, o nəticəyə gəlirəm ki, olanlar impiçment deyil, insanlardan hakimiyyəti, onların səslərini, azadlıqlarını, onların ikinci düzəlişini (Konstitusiyaya - red), dini, silahlı qüvvələri, sərhəddə (Meksika ilə sərhədi - red) divarı və Amerika Birləşmiş Ştatları vətəndaşlarına Allah tərəfrindən verilən hüququ almaq üçün nəzərdə tutulmuş çevrilişdir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi